Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Fransanın şimalında yerləşən ölkənin ən böyük "Qravlin" Atom Elektrik Stansiyasında (AES) qeyri-adi hadisə baş verib.
Məlumata görə, dənizdəki kütləvi meduza axını stansiyanın su filtrləmə sistemlərini tutub. Bu səbəbdən stansiyada olan altı reaktordan üçü avtomatik olaraq işini dayandırıb.
Bundan əlavə, yarana biləcək fəsadların qarşısını almaq üçün dördüncü energoblokun da gücü məcburi olaraq azaldılıb.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ