İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə tarixi bina dağılmaq təhlükəsi ilə üz-üzədir – Foto

Gəncənin Atatürk prospektində yerləşən və 1909-cu ildə inşa edilmiş tarixi bina sözün əsl mənasında dağılıb.

Musavat.com xəbər verir ki, uzun illər şəhərin memarlıq simvollarından biri hesab olunan tikili indi ciddi təhlükə altındadır.

Yerli sakinlərin sözlərinə görə, binaya illərdir lazımi baxım göstərilməyib. Dam çökmüş, pəncərələr sınıb, fasad isə hava şəraiti və zamanın təsirindən xeyli zədələnib. Sakinlər bildirirlər ki, belə tarixi binalar baxımsızlıqdan həm tarixi dəyərini itirir, həm də piyadalar üçün təhlükə mənbəyinə çevrilir.

Onlar xəbərdarlıq edirlər ki, dərhal müdaxilə edilməsə, bina yaxın gələcəkdə tamamilə yararsız hala gələcək.

Gəncəlilər hesab edir ki, şəhərin tarixi binalarının qorunması üçün dövlət və yerli qurumlar daha ciddi addımlar atmalıdır.

78b3b925-277b-48f8-9d0a-d884ff7723d4.jpg (118 KB)

Əvvəlki vəziyyəti 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR