Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Yeddilik Qrupunun (G7) Fransada keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib.
Musavat.com xəbər verir ki, o, bu barədə Truth Social-da mesaj paylaşıb:
"Mən Amerika tarixinin ən həyəcanlı gecələrindən biri olacaq UFC (Ultimate Fighting Championship – red.) dünya çempionatı döyüşlərindən dərhal sonra Fransada keçiriləcək G7 sammitində iştirak edəcəyəm".
Qeyd edək ki, UFC döyüşləri 14 iyunda Amerika rəhbərliyinin ABŞ paytaxtındakı iqamətgahının ərazisində - tarixdə ilk dəfə - keçiriləcək. Onlar hazırkı Amerika prezidentinin 80 illik yubileyi və 4 iyulda qeyd olunan ABŞ Müstəqillik Günü ilə bağlı təşkil olunur. Axşamın ən yaddaqalan hadisəsi UFC-nin yüngül çəki çempionu ispaniyalı İlija Topuria ilə amerikalı Castin Qetje arasında döyüş olacaq.
G7 sammiti 15-17 iyun tarixlərində Cenevrə gölü sahilindəki Evian (Haute-Savoie) şəhərində keçiriləcək. Tədbirdə Ukrayna prezidenti Volodimir Zelenskinin iştirak edəcəyi nəzərdə tutulur.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ