İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Bombardier-ə hücum etdi: O dövr bitdi...

ABŞ Prezidenti Donald Tramp Kanadanın Bombardier şirkətinin məhsullarını tənqid edərək, şirkətin ABŞ-a təyyarə satışına son qoymağa çağırıb.

Musavat.com xəbər verir ki, o, bununla bağlı özünün Truth Social hesabında paylaşım edib: "Artıq ABŞ-da Bombardier satışlarına yox! Onların məhsulları kifayət qədər yaxşı deyil".

Trampın sözlərinə görə, Bombardier gəlirinin 50 faizindən çoxunu ABŞ-dan əldə edir: "Onlar Amerika müştəriləri, Amerika şirkətləri, Amerika hava limanları və Amerika xidmətləri hesabına yaşayırlar, lakin Kanada Amerika bankları və şirkətlərinin girişini bloklayır".

O, Kanada hökumətinin Gulfstream Aerospace şirkətinin Kanadada biznes fəaliyyətini qadağan etmək qərarını ədalətsiz və vicdansız adlandırıb: "O dövr bitdi! Əgər onlar bizim bazarımızı istəyirlərsə, burada istehsal qurmalıdılar. Amerika təyyarəsi alın. Amerika təyyarəsi ilə uçun. Amerika gölündə üzün!"

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR