İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəmən hökuməti paytaxtı husilərdən geri almağa qərar verib

Yəmən hakimiyyəti 2015-ci ildən bəri Ənsar Allah (Husilər) tərəfdarlarının əlində olan ölkənin rəsmi paytaxtı Səna üzərində nəzarəti bərpa etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumatı “Əl-Cəzirə" yayıb. Yəmən Müdafiə nazirinin köməkçisi bildirib ki, "Sənanın azad edilməsi qərarı verilib". O, bunun "Husilərlə qarşıdurma məsələsini həll edəcəyini" qeyd edib. Yəmən Müdafiə Nazirliyinin sözçüsü bu məsələ ilə bağlı başqa açıqlama verməyib.

2014-cü ilin avqust ayından bəri Yəmən hökumət qüvvələri ilə Husilər arasında münaqişə gedir. 2026-cı ilin yayında ölkədə vəziyyət kəskin şəkildə gərginləşib. 14 avqustda Ənsar Allah Qırmızı dəniz sahilindəki Moça limanına kütləvi raket hücumu həyata keçirərək onun fəaliyyətini tamamilə dayandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR