İnsanlara hürriyət, millətlərə istiqlal!

Generalın qızına qorxunc mesaj - evinin qarşısına donuz cəsədi atdılar - FOTO

Moskvada naməlum şəxslər yaşayış binasının qarşısına donuz cəsədi qoyaraq divarda Anastasiya adlı şəxsə ünvanlanan mesaj yazıblar.

Musavat.com xəbər verir ki, hadisə Moskvanın Novoperedelkinskaya küçəsi, 14 ünvanında baş verib. Yayılan görüntü və məlumatlara görə, naməlum şəxslər binanın yaxınlığına donuz cəsədi qoyublar, divarda isə rus dilində “Nastya, bu sənədir” mesajı yazılıb.

Mənbələrdə həmin binada Rusiya generalı Roman Yurçenkonun qızı Anastasiya Yurçenkonun yaşadığı bildirilir.

Roman Petroviç Yurçenko Rusiya Silahlı Qüvvələrinin generalıdır. Məlumatlara görə, o, 2025-ci ildən 20-ci Qvardiya Ümumqoşun Ordusunun komandanıdır. Bundan əvvəl isə 41-ci Ümumqoşun Ordusunda qərargah rəisi və komandanın birinci müavini vəzifəsində çalışıb.

Hazırda donuz cəsədini binanın qarşısına kimin qoyduğu və hadisənin motivi məlum deyil.

Musavat.com

Attachment

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR