İnsanlara hürriyət, millətlərə istiqlal!

Goranboyda DƏHŞƏT: Oğul anasını qətlə yetirdi, həyat yoldaşını yaraladı -YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Goranboy rayonunun Faxralı kəndində ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.

Məlumata görə, Faxralı kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu yaşadığı evdə ailə münaqişəsi zamanı anası – 12 aprel 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirib.

Hadisə zamanı həyat yoldaşı – 29 yanvar 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb.

Məlumata görə, Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.//APA

***

Goranboyda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü E.Vəliyevin psixoloji problemlərinin olduğu bildirilir.

Məlumata əsasən, onun iki azyaşlı övladı var.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR