İnsanlara hürriyət, millətlərə istiqlal!

"Görüş 10 üzərindən 8 oldu" — Vitkoff və Kuşner Ukraynaya gələ bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə baş tutan görüşün təfərrüatları məlum olub.

Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukraine" nəşri Ağ Evdəki danışıqların gedişatı ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, liderlərin görüşü kifayət qədər konstruktiv keçib: "Görüş çox müsbət alındı, 10 ballıq şkala üzrə qiymətləndirsək, ən azı 8 vermək olar. Əsas prioritet 'Patriot' hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalı üzrə lisenziyaların alınmasıdır, digər istiqamətlər də işlənilir. Danışıqlar prosesini yenidən canlandırmaq mümkün oldu".

Məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner yaxın həftələrdə Ukraynaya səfər edə bilərlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR