İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyərtəsində 11 nəfər olan təyyarə radarlardan itdi

İndoneziyada mülki təyyarə uçuş zamanı radarlardan itib.

Musavat.com bildirir ki, hadisə bu gün baş verib və hazırda təyyarənin taleyi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.

İlkin rəsmi məlumatlara əsasən, təyyarə "Indonesia Air Transport" aviaşirkətinə məxsus ATR-42 tipli hava gəmisidir. Uçuş Cokyakartadan Makassar istiqamətində həyata keçirilirmiş. Təyyarə enişə yaxın mərhələdə hava hərəkətini idarəetmə xidməti ilə əlaqəni itirib və eyni anda radar ekranlarından yoxa çıxıb.

Təyyarənin göyərtəsində 11 nəfər olub - 8 nəfərlik ekipaj və 3 sərnişin. Bildirilir ki, sərnişinlər İndoneziyanın Dənizçilik və Balıqçılıq Nazirliyinin əməkdaşları olub və uçuş xidməti xarakteri daşıyıb.

Son radar siqnalı Cənubi Sulavesidə Maros bölgəsinin dağlıq ərazisi üzərində qeydə alınıb. Məhz bu səbəbdən axtarış-xilasetmə işləri çətin relyef və sıx meşəlik sahədə aparılır. Əraziyə helikopterlər, pilotsuz uçuş aparatları və yerüstü xilasetmə qrupları cəlb edilib.

Hadisənin səbəbləri araşdırılır. Rəsmi açıqlamaların yaxın saatlarda verilməsi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2026

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR