İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR

Texnologiya nəhəngi Apple dünyanın 110 ölkəsində bəzi iPhone istifadəçilərinə casus proqramlarla bağlı xüsusi təhlükəsizlik bildirişi göndərəcəyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, şirkətin məlumatına görə, xəbərdarlıqlar cihazları hədəf alan mürəkkəb və yüksək maliyyə imkanlarına malik casus proqram hücumlarına məruz qalma ehtimalı olan istifadəçilərə göndəriləcək.

Apple bu tip hücumların adi kiberhücumlardan fərqləndiyini və aşkarlanmasının olduqca çətin olduğunu bildirir. Belə hücumların əsasən jurnalistlər, siyasətçilər, hüquq müdafiəçiləri, fəallar və diplomatlar kimi xüsusi qrupları hədəf aldığı qeyd olunur.

Pegasus kimi casus proqramlar bu təhlükənin ən tanınmış nümunələri sırasında göstərilir. Bu proqramlar istifadəçinin cihazına daxil olaraq məlumatlara və şəxsi informasiyaya çıxış əldə edə bilər.

Apple xəbərdarlıq alan istifadəçilərə iPhone-un əməliyyat sistemini dərhal yeniləməyi və cihazın təhlükəsizlik imkanlarından maksimum istifadə etməyi tövsiyə edir.

Şirkət həmçinin bildirir ki, belə bildiriş alan istifadəçilər bunu ciddi qəbul etməli və təhlükəsizlik tədbirlərini gecikdirməməlidirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR