İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çirkin" final edir

Türk istehsalı “Çirkin” serialı gözlənilən tamaşaçı marağını və reytinq göstəricilərini əldə edə bilmədiyi üçün ekran macərasını erkən başa vurur.

Musavat.com xəbər verir ki, Çirkin serialının final qərarı ilə bağlı yeni məlumat yayılıb. İlk bölümü 29 mart 2026-cı ildə “Star TV” ekranlarında yayımlanan ekran işi cəmi 11 bölüm davam edəcək.

Serialın sonuncu, 11-ci bölümü 4 oktyabr 2026-cı il, bazar günü axşam tamaşaçılara təqdim olunacaq. Beləliklə, “Çirkin” bir neçə ay davam edən yayımından sonra ekran macərasını yekunlaşdıracaq.

Serialın final qərarının əsas səbəblərindən birinin aşağı reytinq göstəriciləri olduğu bildirilir. Ekran işindən gözləntilər yüksək olsa da, yayımlandığı müddətdə tamaşaçı auditoriyasını lazımi səviyyədə genişləndirə bilməyib.

Qeyd edək ki, serialın finala çatması ilə “Çirkin”in aktyor heyəti və yaradıcı komandasının televiziya layihəsindəki fəaliyyəti də sona çatacaq. 4 oktyabrda yayımlanacaq 11-ci bölümün serialın süjet xəttindəki hadisələri necə yekunlaşdıracağı isə tamaşaçıların maraqla gözlədiyi məqamlardandır.

Beləliklə, 29 martda ekran yoluna başlayan “Çirkin” 4 oktyabrda yayımlanacaq final bölümü ilə izləyicilərinə vida edəcək.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR