İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! "Qiyamət mesajı" verildi - İran üçün gerisayım BAŞLADI

ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamalarında Tehran üzərində təzyiqi davam etdirib. Tramp İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcəyini bildirərək, ABŞ-ın müharibəni “çox yaxında” qazanacağını deyib. Onun sözlərinə görə, qarşıdurmanın başa çatmasından sonra yanacaq qiymətləri də əhəmiyyətli dərəcədə aşağı düşəcək.

Tramp İranın hərbi infrastrukturunun böyük hissəsinin məhv edildiyini iddia edib və nüvə silahına malik İranın region və dünya üçün ciddi təhlükə yaradacağını bildirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Tramp İranın nüvə silahına sahib olmayacağını bir daha vurğulayıb.

“İran heç vaxt nüvə silahına sahib olmayacaq. Bu müharibəni çox yaxında qazanacağıq. Bu məsələ tamamilə başa çatacaq. Benzinin qiyməti də sürətlə aşağı düşəcək”, - Tramp bildirib.

ABŞ prezidenti daha əvvəl də İranın nüvə silahına sahib olmasının qarşısını almağın əsas məqsədlərindən biri olduğunu açıqlayıb. Sentyabrın əvvəlində verdiyi açıqlamada Tramp İranın nüvə silahı əldə etməyəcəyini və bunun hərbi əməliyyat və ya razılaşma yolu ilə təmin ediləcəyini deyib.

iranicingerisayimbasladitrumptandikkatcekensozlerkapak6c43383e68c0ac1cjpg-yrQ4EZY_SUiOHrVTJmNoJw.jpg (44 KB)

Tramp ABŞ-ın İranla münaqişəyə müdaxiləsinin İsrailin təhlükəsizliyi baxımından zəruri olduğunu iddia edib.

O, İranın nüvə silahına sahib olması halında İsrailin mövcudluğunun təhlükə altına düşə biləcəyini, daha sonra isə raket və bombaların ABŞ və Avropaya yönələ biləcəyini bildirib.

Tramp həmçinin “Axios” nəşrinin ABŞ-ın İranla bağlı mümkün güzəştlər barədə məlumatını təkzib edib.

“Axios”un ABŞ administrasiyasının İrana nüvə proqramı ilə bağlı konkret addımlar müqabilində sanksiyaların yumşaldılmasını və dondurulmuş vəsaitlərin azad edilməsini təklif etdiyi barədə məlumatından sonra Tramp bunun doğru olmadığını bildirib.

“Onlara heç nə təklif etməmişəm”, - Tramp “Truth Social” platformasında yazıb.

“Reuters”in məlumatına görə, Tramp sentyabrın 28-də bu xəbəri açıq şəkildə təkzib edib. Bununla yanaşı, ABŞ və İran arasında vasitəçilərin iştirakı ilə danışıqların davam etdiyi bildirilir.

Hazırda tərəflər arasında əsas müzakirə mövzularından biri İranın nüvə proqramı, digər tərəfdən isə Hörmüz boğazının açılması və iqtisadi sanksiyalarla bağlı məsələlərdir. Danışıqların nəticəsinin necə olacağı isə hələ məlum deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR