İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın hərbi xərcləri rekord HƏDDƏ – Üç ilə...

Rusiyada büdcə kəsirinin artmasına baxmayaraq, hökumət hərbi xərcləri daha da yüksəltməyi planlaşdırır. 2027-ci ildə müdafiəyə ayrılan vəsaitin 17,1 trilyon rubla çatdırılması nəzərdə tutulur. Bu, 2026-cı ilin büdcəsində müəyyən edilmiş göstəricidən təxminən 32 faiz çoxdur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin büdcə sənədlərində məlumat verilib.

Sənədlərə əsasən, 2027-ci ildə müdafiə xərcləri federal büdcənin ümumi xərclərinin təxminən 35 faizini təşkil edə bilər. Bu göstərici Ukraynada genişmiqyaslı müharibənin başlanmasından bəri ən yüksək səviyyə olacaq.

Rusiya hökuməti sonrakı illərdə də hərbi xərcləri əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırmır. İlkin büdcə layihəsinə görə, 2028-ci ildə müdafiəyə 16,6 trilyon, 2029-cu ildə isə 16,3 trilyon rubl ayrılması nəzərdə tutulur. Beləliklə, üç il ərzində Rusiyanın hərbi xərcləri ümumilikdə 50 trilyon rublu (təxminən 593 milyard dollar!) keçə bilər.

Hərbi xərclərin artırılması Rusiyanın büdcə kəsirinin böyüdüyü bir dövrə təsadüf edir. Reuters-in əldə etdiyi sənədlərə görə, hökumət 2026-cı il üzrə büdcə kəsiri proqnozunu ümumi daxili məhsulun 1,6 faizindən 3,2 faizinə yüksəldib. Artan xərcləri maliyyələşdirmək üçün hökumət vergiləri artırmağı və daha çox borclanmağı planlaşdırır. Yeni tədbirlərdən biri metallurgiya və mədən sənayesi müəssisələrinin əlavə gəlirlərinin vergiyə cəlb edilməsidir. Hakimiyyət bu yolla ildə təxminən 200 milyard rubl toplamağı nəzərdə tutur.

Bununla yanaşı, Rusiyanın 2026-cı il üçün neft və qaz gəlirləri proqnozu 8,9 trilyon rubldan 7,6 trilyon rubla endirilib. Dövlət borcunun isə 2027-ci ildə ÜDM-in 21,7 faizinə çatacağı gözlənilir. Beləcə, Rusiya hökumətinin büdcə layihəsi göstərir ki, artan maliyyə çətinliklərinə baxmayaraq, müdafiə xərcləri qarşıdakı üç ildə də dövlətin əsas xərc istiqamətlərindən biri olaraq qalacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR