İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava limanında təyyarənin arxasınca QAÇDILAR - Səbəbi TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Moskvanın Şeremetyevo hava limanında uçuş zolağına çıxaraq təyyarənin arxasınca qaçan qızların bu qeyri-adi hərəkətinin səbəbi məlum olub.

Musavat.com “Baza”ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videonun qəhrəmanları hadisənin təfərrüatlarını danışıblar.

Məlum olub ki, qızlar Bodrumda bacılarının toy mərasiminə getməli və təyyarədən düşən kimi birbaşa şənliyə qatılmalı imişlər.

Bu səbəbdən onlar hava limanına artıq tam hazır vəziyyətdə, gözəl, qısa ziyafət paltarlarında gəliblər. Lakin müəyyən “şərait” səbəbindən reysə gecikiblər.

Qızların sözlərinə görə, həmin anda onları panika bürüyüb. Uzaqlaşan təyyarəni görən kimi uçuş zolağı ilə onun arxasınca qaçmağa başlayıblar. Görünür, təyyarəyə çatacaqlarına ümid ediblər. Lakin bu cəhd nəticəsiz qalıb.

Nəticədə uçuş zolağı ilə qaçdıqları üçün qızların hər biri 2 min rubl məbləğində cərimələnib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR