İnsanlara hürriyət, millətlərə istiqlal!

Dənizin dibindən külçə-külçə qızıl çıxardılar

İkinci Dünya müharibəsi zamanı Barens dənizində batan Britaniya hərbi gəmisindəki sovet qızılları 40 il sonra keçirilən böyük sualtı əməliyyatla dənizin dibindən çıxarıldı.

Musavat.com xəbər verir ki, İkinci Dünya müharibəsi zamanı Almaniya qüvvələri tərəfindən batırılan HMS Edinburgh gəmisinin qalıqlarından 460 külçə sovet qızılı çıxarılıb. 1942-ci ildə Barens dənizinin təxminən 240 metr dərinliyinə batan qızıllar xüsusi dalğıc texnologiyasından istifadə edilərək illər sonra üzə çıxarılıb.

Sovet İttifaqının ABŞ-dan aldığı hərbi texnikanın ödənişi üçün göndərilən 465 külçə qızıl 28 aprel 1942-ci ildə HMS Edinburgh kreyserinə yüklənib. Murmanskdan yola çıxan gəmi Almaniyanın U-456 sualtı qayığının torpedo hücumuna məruz qalaraq ciddi zədələnib.

Heyətin təxliyəsindən sonra yararsız vəziyyətə düşən gəmi 2 may 1942-ci ildə Barens dənizində qəsdən batırılıb.

Sualtı sərvətin çıxarılması üçün Keyt Jessopun rəhbərlik etdiyi beynəlxalq konsorsium 1981-ci ildə axtarışlara başlayıb.

Dalğıclar həftələrlə xüsusi təzyiq kameralarında yaşayaraq işləyib. Onlar gəminin təxminən 10 santimetr qalınlığındakı zireh örtüyünü kəsərək qızılların saxlandığı bölməyə daxil olublar.

16 sentyabr 1981-ci ildə aparılan əməliyyat zamanı ilk qızıl külçəsi tapılıb.

1981-ci ildə keçirilən ilk əməliyyat zamanı 431 külçə, 1986-cı ildəki ikinci əməliyyat zamanı isə daha 29 külçə qızıl çıxarılıb.

Beləliklə, ümumilikdə 460 külçə dənizin dibindən çıxarılıb. Qızıllar əldə olunan razılaşmaya əsasən Sovet İttifaqı, Britaniya hökuməti və xilasetmə əməliyyatını həyata keçirən komanda arasında bölüşdürülüb.

Gəmidəki 465 külçədən 5-nin isə hələ də Barens dənizinin dibində qaldığı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR