İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qiyamət" gününə HAZIRLIQ - Milyarderlər üçün SIĞINACAQ HAZIRLANIR

İsveçrə Alp dağlarında fəlakətlər baş verəcəyi təqdirdə dünyanın ən zəngin insanlarının qiymətli əşyalarını qoruyub saxlamaq üçün nəzərdə tutulan bunkerlərin tikintisinə başlanılıb.

Musavat.com "BILD" nəşrinə istinadən xəbər verir ki, bu layihənin arxasında "Brünig Mega Safe AG" şirkəti dayanır.

Yeraltı anbarlar Brüniq dağ massivində, 100 metrdən çox dərinlikdə yerləşəcək.

Tikinti işləri 2026-cı ilin yanvar ayında başlayıb. Şirkət nümayəndələrinin bildirdiyinə görə, yüksək təhlükəsizlik zonasında ilkin qazıntı işləri artıq başa çatıb və yanvar ayında anbar sahələri üçün portalın tikintisinə start veriləcək.

İlk saxlanma yerlərinin 2028-ci ildə hazır olacağı gözlənilir.

Bir anbarın 99 illik icarə haqqı 1 milyon avroya çatır. Artıq ilk müqavilələr bağlanılıb. Təhlükəsizlik səviyyəsinin İsveçrə Milli Bankının saxlanma yerləri ilə eyni səviyyədə olacağı vəd edilir. Narkotik və partlayıcı maddələr istisna olmaqla, bunkerlərdə avtomobillər də daxil olmaqla istənilən əşyanı saxlamaq mümkün olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR