İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyada neft emalının sütunlarından birini vurdu

Ukrayna Rusiyanın Tambov vilayətində yerləşəm Wildberries mərkəzinə zərbə endirib.

Musavat.com xəbər verir ki, məlumatı Tambov vilayətinin qubernatoru Yevgeni Pervışov açıqlayıb. Onun sözlərinə görə, Kotovskdakı 40.000 kvadrat metr ərazini əhatə edən Wildberries logistika mərkəzində dron hücumu yanğına səbəb olub: "Ukrayna dron hücumları nəticəsində Wildberries logistika mərkəzində yanğın baş verib. Yanğın 40.000 kvadrat metr ərazini əhatə edir. İlkin məlumata görə, Wildberries-in bir işçisi partlayış nəticəsində beyin silkələnməsi alaraq yaralanıb".

Qubernator qeyd edib ki, həyəcan siqnalı alındıqdan sonra bütün işçilər tez bir zamanda mərkəzdən təxliyə edilib.
Bundan əlavə, Ukrayna Kstovodakı LUKOIL-Nijeqorodnefteorgsintez neft emalı zavoduna da hücum edib. Bu, Rusiyanın ən böyük neft emalı zavodlarından biridir və layihə gücü ildə təxminən 17 milyon ton neft təşkil edir.
Zavodda güclü yanğın başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR