İnsanlara hürriyət, millətlərə istiqlal!

Okeanda 1 həftə qala bilən dəhşətli silah: Ukrayna SINAQDAN KEÇİRDİ

Ukrayna yeni MV11 dəniz pilotsuz kateri sınaqdan keçirib.

Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Nəşr bildirir ki, yeni MV11 açıq okeanda bir həftəyə qədər davam edən əməliyyatlar üçün nəzərdə tutulub və 2200 kiloqrama qədər faydalı yük daşıya bilir.

Hazırda pilotsuz kater tək bir konfiqurasiyada nümayiş etdirilib və 18 ədəd şaquli buraxılışlı kiçik "Sting" tutucu dronları ilə təchiz olunub ki, bu da onu dronlara qarşı mübarizə üçün kiçik bir üzən batareyaya çevirir.

Qeyd olunur ki, MV11 ilk dəfə geniş ictimaiyyətə Ukraynanın Paytaxtı Kiyevdə Müstəqillik Günü münasibətilə keçirilən paradda təqdim olunub. 

Paradın Dnepr çayının sahili boyunca keçirilən dəniz hissəsində "Magura" ailəsinin digər növləri, eləcə də başqa pilotsuz dəniz aparatları (USV), xüsusən də kamikadze və "hava-hava" raketləri ilə silahlanmış aparatlar təqdim edilib.

MV11-in hədəfləri aşkar etmək və izləmək üçün məhz hansı imkanlara malik olduğu hələlik məlum deyil. 

Nəşr xatırladıb ki, Ukrayna artıq ənənəvi zenit raketləri ilə silahlanmış pilotsuz yerüstü gəmilərə malikdir və ölkənin iddiasına görə, bunlardan Rusiya təyyarələrini və vertolyotlarını vurmaq üçün uğurla istifadə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR