Onlayn ictimai-siyasi qəzet
Ötən ay münasibətlərini rəsmən elan edən türk aktrisa Seray Kaya ilə iş adamı İdris Aybirdidən yeni paylaşım gəlib.
Musavat.com xəbər verir ki, İdris Aybirdi sevgilisi ilə çəkdirdiyi romantik fotosunu sosial media hesabında paylaşıb.
O, paylaşımına “Həyatımın dönüş nöqtəsisən” sözlərini yazaraq Seray Kayaya olan sevgisini ifadə edib.
Cütlüyün münasibətlərini rəsmən açıqlamasından sonra onların şəxsi həyatı Türkiyə mediasının və sosial şəbəkə istifadəçilərinin diqqət mərkəzində olub.
Qeyd edək ki, “Survivor” yarışması ilə tanınan Sahra Işık da keçmiş həyat yoldaşı İdris Aybirdi haqqında səsləndirdiyi iddialarla gündəmə gəlmişdi.
Işık sosial media hesabında paylaşdığı açıqlamada evlilikləri dövründə həyat yoldaşı tərəfindən aldadıldığını iddia edib. O, keçmiş həyat yoldaşının “Kızılcık Şerbeti” serialında rol alan və özünün də tanıdığı aktrisalardan biri ilə münasibətdə olduğunu boşandıqdan sonra öyrəndiyini bildirib.
Sahra Işık həmçinin həmin şəxsin boşanmalarından dərhal sonra sözügedən aktrisa ilə birlikdə Yunanıstanın Santorini adasına istirahətə getdiyini iddia edib.
Bu açıqlamalardan sonra sosial şəbəkələrdə Işıkın sözügedən aktrisa kimi Seray Kayanı nəzərdə tutduğu barədə iddialar yayılıb. Lakin Seray Kayanın bu ittihamlarla bağlı mövqeyi və iddiaların doğruluğu barədə tərəflərdən rəsmi təsdiq verilməyib.
Hazırda isə İdris Aybirdinin Seray Kaya ilə romantik paylaşımı cütlüyün münasibətlərinin davam etdiyini göstərir.
Könül
Musavat.com
07 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ