İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüzdə EKOLOJİ FƏLAKƏT: 8 kilometrlik NEFT LƏKƏSİ - VİDEO

İranın Xarq adası yaxınlığında dəniz akvatoriyasının peyk görüntülərində ehtimal olunan neft ləkəsi aşkar edilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat cümə günü Qərb mediasında yer alıb.

Peyk görüntülərinə əsasən, adanın qərb sularında uzunluğu təxminən səkkiz kilometr olan və görüntülərdə boz-ağ ləkə kimi seçilən ehtimal olunan neft sızması qeydə alınıb.

Hadisənin baş vermə səbəbi və mənbəyi hələlik məlum deyil. İrəli sürülən versiyalardan birinə görə, iranlılar saxlama yerlərinin çatışmazlığı və ya adadakı sistemlərdə yaranan nasazlıq səbəbindən nefti dənizə axıdırlar.

Qeyd edək ki, Xarq adasında İranın strateji neft obyektləri yerləşir və ölkə öz neft ixracının 90 faizindən çoxunu məhz buradan həyata keçirir.

Bundan əlavə, adada İran silahlı qüvvələrinin çoxsaylı mövqeləri yerləşir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR