Onlayn ictimai-siyasi qəzet
Yəmənin Taiz şəhəri və onun ətrafında husi üsyançıları ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında şiddətli toqquşmalar davam edir.
Musavat.com xəbər verir ki, yerli medianın yaydığı son məlumatlara görə, husilər Yəmən parlamentinin sədri Sultan əl-Barakaninin Taiz şəhərinin cənubunda yerləşən evini tam nəzarətə götürüblər.
Məlumata görə, toqquşmalar zamanı üsyançılar həmçinin strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Əl-Safiya nəqliyyat qovşağını da ələ keçiriblər. Taizdən cənubda yerləşən bu qovşaq şəhəri ölkənin müvəqqəti paytaxtı sayılan Ədənlə birləşdirən ana magistral yolun üzərində yerləşir.
Döyüş zonasından daxil olan bu xəbərlərin hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməsi mümkün olmayıb.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ