İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev fərman imzaladı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Latviya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2025-ci il dekabrın 4-də Riqa şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Latviya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Hökumətinə bildiriş göndərməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR