İnsanlara hürriyət, millətlərə istiqlal!

Arzu Nağıyev Tovuzda seçiciləri ilə görüşdü - FOTOLAR

105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirib.

Musavat.com-un xəbərinə əsasən, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, səhiyyə və digər məsələlərlə bağlı olub.

Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib.

Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədilə qəbullar davam edəcək. Növbəti qəbullar haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləmək mümkündür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR