İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsəlman ölkəsində elə hərəkət etdi ki... - Girişi 10 il QADAĞAN EDİLDİ - ŞOK GÖRÜNTÜ

İndoneziyanın məşhur turizm məkanı Bali adasında ictimai yerdə əxlaq normalarına zidd davranış nümayiş etdirən 27 yaşlı avstraliyalı turist ölkədən deportasiya edilib. Billy Aspinall adlı turistə İndoneziyaya 10 il müddətinə giriş qadağası qoyulub.

Musavat.com xəbər verir ki, hadisə Bali adasının Kuzey Kuta bölgəsində baş verib. Aspinall küçənin ortasında bir qadınla uyğun olmayan hərəkətlər edərkən görüntülənib. Ətrafdakı sakinlərin xəbərdarlıqlarına baxmayaraq, turist davranışını davam etdirib.

Yerli sakinlərin şikayətindən və təhlükəsizlik kameralarının görüntülərinin araşdırılmasından sonra polis araşdırmaya başlayıb.

Hüquq-mühafizə orqanları avstraliyalı turisti avqustun 25-də Bali Beynəlxalq Hava Limanında ölkədən çıxmağa hazırlaşarkən saxlayıblar.

Aspinall təxminən iki həftə miqrasiya mərkəzində saxlanıldıqdan sonra rəsmi prosedurlar tamamlanıb və İndoneziyadan deportasiya edilib.

Ona 10 illik giriş qadağası qoyulub.

İndoneziya rəsmiləri ictimai yerlərdə əxlaq normalarına zidd davranışların həm ölkənin qanunlarına, həm də yerli adət-ənənələrə zidd olduğunu bildiriblər.

Hadisədən sonra yerli sakinlər olayın baş verdiyi ərazidə ənənəvi təmizlənmə ritualı keçiriblər.

Hadisə zamanı görüntülənən və kimliyi müəyyənləşdirilməyən digər xarici vətəndaş qadının axtarışlarının isə davam etdiyi bildirilib.

İndoneziya rəsmiləri oxşar hallara qarşı güzəştə getməyəcəklərini və ictimai yerlərdə yerli qanunlara və ənənələrə hörmət edilməsinin vacib olduğunu vurğulayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR