Onlayn ictimai-siyasi qəzet
MTV Video Musiqi Mükafatlarının (VMA) 2026-cı il üzrə təqdimetmə mərasimi Los-Ancelesdəki Peacock Theater-də keçirilib.
Musavat.com xəbər verir ki, mərasimə məşhur reper Snoop Dogg aparıcılıq edib. Gecə Kacey Musgraves, Lisa, Madonna, Raye, Sombr, Shaboozey, Gunna, Sienna Spiro, Gener8ion və Yung Lean kimi sənətçilərin çıxışları ilə yadda qalıb.
2026-cı il VMA-da ən çox nominasiya qazanan sənətçi Madonna olub. O, 13 nominasiya ilə 2010-cu ildə Lady Gaga tərəfindən müəyyənləşdirilmiş rekordu təkrarlayıb. Taylor Swift 11, Sabrina Carpenter 9, Ariana Grande isə 8 nominasiya ilə növbəti yerləri tutub.
Bu il mərasimdə iki xüsusi fəxri mükafat da təqdim olunub. İlk dəfə təsis edilən MTV VMA Artist Director Award mükafatına Taylor Swift layiq görülüb. Hər il təqdim edilən Michael Jackson Video Vanguard Award isə Nirvana qrupuna verilib.
2026 MTV Video Musiqi Mükafatlarının əsas qalibləri:
Ən yaxşı vizual effekt:
Ariana Grande — Hate That I Made You Love Me
Ən yaxşı xoreoqrafiya:
Madonna — Confessions II, The Film
Ən yaxşı montaj:
Sabrina Carpenter — House Tour
Ən yaxşı kinematoqrafiya:
Madonna — Confessions II, The Film
Ən yaxşı art-direksiya:
PinkPantheress — Stateside + Zara Larsson
Ən yaxşı rejissor:
Taylor Swift — Opalite
Yayın mahnısı:
Ariana Grande — Hate That I Made You Love Me
Ən yaxşı albom:
Madonna — Confessions II
Ən yaxşı uzunformatlı video:
Madonna — Confessions II, The Film
Ən yaxşı qrup:
BTS
Ən yaxşı K-pop mahnısı:
BTS — Swim
Ən yaxşı kantri mahnısı:
Ella Langley — Choosin’ Texas
Ən yaxşı latın mahnısı:
Bad Bunny — NUEVAYoL
Ən yaxşı alternativ mahnı:
Olivia Rodrigo — The Cure
Ən yaxşı R&B mahnısı:
Bruno Mars — I Just Might
Ən yaxşı hip-hop mahnısı:
Cardi B feat. Kehlani — Safe
İlin mahnısı:
BTS — Swim
İlin videosu:
Taylor Swift — The Fate of Ophelia
Ən yaxşı yeni sənətçi:
Sienna Spiro
Ən yaxşı rəqs:
Madonna — Confessions II, The Film
İlin sənətçisi:
Madonna
Ən yaxşı əməkdaşlıq:
Madonna və Sabrina Carpenter — Bring Your Love
Ən yaxşı pop mahnısı:
LISA feat. Kentaro Sakaguchi — Dream
Könül
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ