Onlayn ictimai-siyasi qəzet
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Kosmik Qüvvələrinin komandanı general Musəvi ABŞ-nin regiondakı hərbi obyektləri və gəmilərinə qarşı yeni zərbələrin mümkünlüyü barədə açıqlama verib.
Musavat.com xəbər verir ki, general bildirib ki, SEPAH-ın raket və pilotsuz uçuş aparatları regiondakı ABŞ obyektləri və “düşmənin aqressor gəmiləri”ni hədəfə alıb.
Onun sözlərinə görə, İranın neft tankerlərinə və kommersiya gəmilərinə hücum ediləcəyi təqdirdə cavab zərbələri endiriləcək.
Musəvi vurğulayıb ki, qüvvələr yalnız əmrin verilməsini gözləyir.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ