Onlayn ictimai-siyasi qəzet
⸻
İran–ABŞ görüşlərinin ən kritik nəticəsi: tərəflərin eyni masa arxasına oturmasıdır.
1979 İran İnqilabından bu yana ən yüksək səviyyəli birbaşa təmaslardan biri baş verdi.
Və bu o deməkdir:
Müharibə davam etdiyi halda belə, kommunikasiya kanalı açıq saxlanıldı.
Bu, sistemin tam qopmadığının göstəricisidir.
///

Bu, bir sülh deyil, amma görüşlərin məqsədi də onsuz da müharibəni bitirmək deyildi.
Amma ortaya çıxan kritik məqam budur:
Yəni:
• Müharibə dayanmadı.
• Amma nəzarətdən çıxması da hələlik əngəlləndi.
Bu, bir sülh deyil, “nəzarətsiz xaosu” məhdudlaşdıran mexanizmdir.
///
Diplomatiya ədəbiyyatındakı iki mühüm anlayış:
Breakthrough və Breakdown.
Heç biri baş vermədi. Bu isə önəmlidir.
Breakthrough: Tıxanmış prosesdə sıçrayış / fövqəladə həll.
Breakdown: Prosesin çökməsi.
Yəni bu görüşlərdə nə fövqəladə həll var, nə də çökmə…
Deməli, sistem işləyir, amma axsaya-axsaya.
İronik dillə desək: “Fələstin asqısında”.
Çünki Qəzza basqını bu müharibənin qaynaq kodudur.
///

Pakistanda tərəflər sadəcə bazarlıq etmədilər.
Bəlkə də diqqət yetirmədiniz: onlar bir-birinin davranışlarını yox, varoluş alqoritmlərini dəyişmək istədilər.
Bu səbəbdən:
Nüvə proqramı: sadəcə texniki məsələ deyil.
Milis şəbəkələri: sadəcə təhlükəsizlik deyil, sistemin uzantısıdır.
Sanksiyalar: sadəcə iqtisadi alət deyil, nəzarət mexanizmidir.
Qısaca desək:
Bu görüşdən çıxan nəticə:
Sülh yoxdur!
Həll yoxdur!
Razılaşma yoxdur!
Amma:
Müharibənin nəzarətdə saxlanılması var.
Kommunikasiya xəttinin qorunması var.
Yeni danışıqlar zəmini var.
Pakistanla bağlı xüsusi hesab var.
///
“Bu, atəşkəs deyil” dedik.
Bəs nədir?
Bu, bir “sistem reseti” cəhdidir.
Tərəflər:
Dağıdıcı həddi gördü, amma geri addım da atmadı.
Bu səbəbdən:
Müharibə bitdiyi üçün danışmırlar.
Danışaraq müharibəni idarə edirlər.
⸻

Abdullah Ağar
11 aprel 2026
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ