Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bildirib ki, Ağ Evə qayıtdıqdan sonra İranda baş verən proseslərlə bağlı daha ətraflı və dəqiq məlumat əldə edəcək.
Musavat.com xəbər verir ki, Tramp bu məlumatlardan sonra İranla bağlı qərar veriləcəyini açıqlayıb: “İndi Ağ Evə qayıdıram. Məndə İranda nələrin baş verdiyinə dair dəqiq məlumat olacaq. Ondan sonra İranla bağlı qərar veriləcək”.
ABŞ prezidenti daha sonra İranda baş verən hadisələr və etirazlar zamanı ölənlərin sayı ilə bağlı məsələyə toxunub. Onun sözlərinə görə, hazırda bu barədə dəqiq rəqəmlər yoxdur, lakin itkilər böyükdür: “İranda ölənlərin sayı ilə bağlı hər kəs bir rəqəm deyir. Dəqiq rəqəmi bilmirəm, amma çoxdur”.
Trampın bu açıqlaması Vaşinqtonun İrandakı prosesləri yaxından izlədiyini və yaxın vaxtlarda rəsmi qərarların verilə biləcəyini göstərir.
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ