Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İranın artıq Avropa və ABŞ-nin xaricdəki hərbi bazalarını hədəf ala biləcək raketlər hazırladığını, indi isə Amerikaya çata biləcək yeni raketlər üzərində işlədiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə o, Konqresə ünvanladığı müraciətində danışıb.
Tramp vəziyyəti diplomatik yolla həll etmək istədiyini vurğulayıb.
“Onlar razılaşma bağlamaq istəyirlər, amma biz onlardan “heç vaxt nüvə silahına sahib olmayacağıq” sözlərini eşitmədik. Mən dünyadakı əsas terror sponsoruna nüvə silahı əldə etməyə heç vaxt imkan verməyəcəm. Buna yol verə bilmərəm”, - deyə ABŞ prezidenti bildirib.
Son dövrlərdə ABŞ İran sahillərinə əhəmiyyətli hərbi qüvvələr yığıb və eyni zamanda Yaxın Şərqdəki bazalardan öz hərbçilərini çıxarmağa başlayıb. Bu fonada Tehran və Vaşinqton İranın nüvə proqramı ilə bağlı danışıqlar aparır.
Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, danışıqlar çərçivəsində növbəti görüş 26 fevral tarixində Cenevrədə keçiriləcək.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ