İnsanlara hürriyət, millətlərə istiqlal!

İran can hayında, İrəvan Hindistana yol dərdi çəkir

İranda gərgin vəziyyətin hökm sürməsi və bu ölkə ilə əlaqələri olan ölkələrə ABŞ prezidenti tərəfindən xəbərdarlıq edilməsi Ermənistanı çətin vəziyyətə salıb. Uzun illər ərzində İranı özü üçün “nəfəslik” adlandıran ölkənin təmsilçiləri vəziyyətdən çıxış yolları axtarırlar. Amma vaxtaşırı sülh bəyanatları ilə çıxış edən Ermənistan təmsilçiləri İranda yaşananların Hindistandan aldıqları silahların çatdırılmasını çətinləşdirməsindən danışmaqla ikibaşlı siyasət yürütdüklərini nümayiş etdirirlər.

Musavat.com-un məlumatına görə, yanvarın 13-də mətbuat konfransında Ermənistanın müdafiə naziri Suren Papikyan İrandakı etirazların Hindistanın mümkün silah təchizatına təsiri ilə bağlı sualı cavablandırarkən deyib ki, təbii fəaliyyətin dayandığını demək istəmir, eyni prinsiplə işləməyə davam edirlər.

“Qonşu ölkələrdə baş verənləri həddindən artıq dramatikləşdirməyə ehtiyac yoxdur. Düşünürəm ki, hər hansı problemi həll etməkdən yayınmağa ehtiyac yoxdur. Problemlər mümkün qədər tez həll olunacaq və təbii proses davam edəcək. Təbii fəaliyyətin dayandığını demək istəmirəm. Biz eyni prinsiplərlə fəaliyyətimizi davam etdiririk", - erməni nazir qeyd edib.

O, Ermənistanın Hindistandan döyüş təyyarələri almaqdan imtina etməsi ilə bağlı xəbərlərə münasibət bildirməkdən imtina edib. 

“Heç vaxt belə bir sövdələşmə olmayıb”, - Papikyan belə deməklə kifayətlənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR