Onlayn ictimai-siyasi qəzet
İran dövlət televiziyası Tehranda gecə keçirilən etirazların nəticələrini əks etdirən görüntüləri yayımlayıb.
Musavat.com xəbər verir ki, görüntülərdə yanan maşınlar, zədələnmiş binalar və nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmaların izləri əks olunub.
Müharibə Tədqiqatları İnstitutunun (ISW) məlumatına görə, son 24 saat ərzində ölkə daxilində etirazların sayı ikiqat artıb. Etirazlar təkcə paytaxtda deyil, həm də bir neçə əyalətdə keçirilir.
Xuzistan əyalətinin Dezful şəhərində etirazçılar din xadimi Seyid Mahmudun məqbərəsinə ziyan vurublar. Binanın xarici görünüşünə və fasadındakı yazılara ziyan dəydiyi bildirilir. Yerli hakimiyyət orqanları hələlik itkilər və ya təhlükəsizlik tədbirləri barədə məlumat verməyib.
Musavat.com
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ