Onlayn ictimai-siyasi qəzet
ARB24 televiziyasında bu gün “İşgüzar səhər” verilişinin yeni buraxılışı yayımlanıb.
Musavat.com xəbər verir ki, veriliş Çinarə Nurməmmədovanın aparıcılığı ilə canlı efirdə təqdim olunub.
Proqramın qonaqlarından biri də “Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu olub.
Budəfəki buraxılışda Uran hadisələri, eləcə də Azərbaycanla Ermənistan arasında son dövrlərdə baş verən proseslər, regionda formalaşan yeni siyasi və geosiyasi reallıqlar, qarşıdakı dövrdə mümkün inkişaf ssenariləri ətraflı şəkildə müzakirə edilib.
Canlı müzakirə zamanı sülh gündəliyi, diplomatik təmasların mahiyyəti, regional təhlükəsizlik məsələləri, beynəlxalq güclərin proseslərə təsiri və yaranmış vəziyyətin Azərbaycan üçün yaratdığı siyasi və strateji imkanlar diqqət mərkəzində saxlanılır.
Ekspert yanaşmaları və analitik şərhlərlə zəngin olan verilişdə regionda baş verən proseslərin daxili və xarici siyasətə təsirləri də dəyərləndirilib.
Sözügedən verilişi təqdim edirik.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ