İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Hayfanı VURDU: Dağıntılar altında qalanlar var - FOTOLAR

İsrailin Hayfa şəhərində beşmərtəbəli yaşayış binasına raketin birbaşa düşməsi nəticəsində başlayan axtarış-xilasetmə əməliyyatı artıq bir neçə saatdır ki, davam edir.

Musavat.com xəbər verir ki, hadisə barədə İsrail KİV-ləri məlumat yayıb.

Məlumata görə, binanın dağıntıları altında 4 nəfər - yaşlı ər-arvad, onlara baxan dayə və ailənin 40 yaşlı oğlu qalıb.

Onların avtomobilləri binanın yaxınlığında aşkar edilib. Raket zərbəsi nəticəsində binanın üç mərtəbəsi tamamilə uçub.

Xilasetmə işlərini çətinləşdirən əsas amil polis istehkamçılarının şübhələridir. Belə ki, xarabalıqlar altında İran istehsalı olan raketin 500 kiloqramlıq partlamamış döyüş başlığının olduğu ehtimal edilir.

Bu təhlükə səbəbindən işlər olduqca ləng gedir. Hazırda xilasedicilər dağıntılar arasından insanlara tərəf xüsusi "tunel" qazmağa çalışırlar. Mütəxəssislər əməliyyatın daha uzun saatlar aparacağını bildirirlər.

Vəziyyəti mürəkkəbləşdirən digər məqam isə binanın dağ yamacında yerləşməsidir. Raket binanın aşağı mərtəbəsini dağıtdığı üçün zərərçəkmiş hissəyə yaxınlaşmaq texniki cəhətdən çox çətindir.

Yanğınsöndürənlər, xilasedicilər və təcili yardım işçiləri binanın tamamilə çökmə riski olduğu üçün maksimum ehtiyatla hərəkət edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR