Onlayn ictimai-siyasi qəzet
İran Hörmüz boğazında neft tankerini ələ keçirib.
Musavat.com xəbər verir ki, bu barədə İranın rəsmi dövlət televiziyası (IRIB) məlumat yayıb.
Verilən məlumata görə, ələ keçirilən neft tankeri İranın Hörmüzqan limanına gətirilib.
Gəminin göyərtəsində olan 450 min barrel həcmindəki neft yükünün isə müsadirə edildiyi bildirilir.
Hələlik tankerin hansı ölkəyə məxsus olduğu barədə rəsmi açıqlama verilməyib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ