Onlayn ictimai-siyasi qəzet
İran İordaniyadakı Əl-Əzraq aviabazasındakı Alman kontingentinə raket zərbəsi endirib.
Musavat.com xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, 10 mart gecəsi İrandan atılan ballistik raketlər Bundesver kontingentinə məxsus kazarma binasına dəyib. Bazada həmçinin ABŞ Hərbi Hava Qüvvələri də yerləşir.
Qeyd olunur ki, hücum zamanı Alman hərbçiləri sığınacaqlarda olduğundan heç kim xəsarət almayıb.
Zərərin miqyası araşdırılır.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ