Onlayn ictimai-siyasi qəzet
ABŞ senatoru Fox News telekanalına müsahibəsində prezident Donald Trampı İran hakimiyyətinə qarşı sərt addımlar atmağa çağırıb.
Musavat.com xəbər verir ki, senator İran İslam Respublikasını öz xalqını qətlə yetirməkdə ittiham edib və vəziyyətə ciddi şəkildə müdaxilə edilməsinin vacibliyini vurğulayıb.
Qrehem bildirib ki, İranın ali rəhbərinin hakimiyyətdən uzaqlaşdırılması regionda sabitliyin bərqərar olmasına, “Hizbullah” və HƏMAS kimi qruplaşmaların zəiflədilməsinə, həmçinin İsrail ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına töhfə verə bilər.
Senator Trampın liderliyinə inandığını ifadə edərək onu Ronald Reyqanla müqayisə edib və ABŞ prezidentini İran xalqının tərəfində dayanmağa, zülmə qarşı açıq dəstək göstərməyə çağırıb. Eyni zamanda, uzunmüddətli və sülhə əsaslanan həll yolları üzərində işləməyin vacibliyini qeyd edib.
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ