İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Yaponiya ilə neft danışıqılarına başlayıb

İran Yaponiya şirkətlərinə neft satmaq üçün danışıqlara başlayıb.

Musavat.com
xəbər verir ki, məlumatı Reuters agentliyi İran və Qərb mənbələrinə istinadən yayıb.

Qeyd edək ki, Tokio 2018-ci ildən bəri İran neftini idxal etmir.

Agentliyin məlumatına görə, yapon neft alıcıları ABŞ-ın İran neft əməliyyatları üçün 21 avqusta qədər qüvvədə olan icazəsini uzadacağına ümid edirlər. Onlar həmçinin gəmilərin Fars körfəzindən təhlükəsiz keçməsinə ümid edirlər.

Yaponiya 2018-ci ildə ABŞ-ın Tehrana qarşı sanksiyalarını sərtləşdirməsindən qısa müddət sonra İrandan neft almağı tamamilə dayandırıb. Bu, Donald Trampın ABŞ-ın nüvə sazişindən çıxdığını elan etməsindən sonra baş verib. Cənubi Koreya, Hindistan və Avropa İttifaqı ölkələri də İran neftinin idxalını dayandırıblar. O vaxtdan bəri Çin İran neftinin əsas alıcısına çevrilib. O, nefti bazar qiymətindən 20 faiz ucuz alırdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR