Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İranda zəvvarları daşıyan sərnişin avtobusunun aşması nəticəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə çərşənbə axşamı səhər saatlarında Cənubi Xorasan əyalətinin Qəhestan bölgəsində qeydə alınıb. Məşhəd şəhərinə zəvvar aparan avtobusun çevrilməsi nəticəsində 4 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub, yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın başvermə səbəbləri araşdırılır.
Musavat.com
26 Avqust 2026
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ