İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın yük gəmisi Xəzər dənizində qəzaya uğrayıb

Türkmənistanın sahil mühafizə xidməti Xəzər dənizində qəzaya uğrayan İranın yük gəmisi "Rona"dan 14 nəfəri xilas edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumatda qeyd olunur: "14 yanvar 2026-cı il tarixində Türkmənistanın Xəzər dənizindəki sahil mühafizə xidmətləri qəzaya uğrayan İranın yük gəmisi Ronadan SOS siqnalı alıb. Beynəlxalq dənizçilik qaydalarına uyğun olaraq, Türkmənistanın fövqəladə hallara cavabdeh olan dövlət qurumları bütün lazımi xilasetmə tədbirlərini görüblər. Bu vaxtında görülən tədbirlər nəticəsində göyərtədəki 14 nəfərin hamısı xilas edilib".

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR