İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla Körfəz ölkələri arasında Hörmüz görüşü təxirə salındı – SƏBƏB?

Fars körfəzi ölkələri ilə İranın xarici işlər nazirlərinin görüşü Tehran və Məsqət arasında razılaşma əsasında təxirə salınıb.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə İran Xarici İşlər Nazirliyi çıxış edib. Fars xəbər agentliyinin məlumatına görə, görüşün "bölgədəki bəzi ölkələr" təxirə salınmasını istəyib. Görüşün yeni tarixi dəqiqləşdirilməyib.

Qeyd edək ki, Fars körfəzi bölgəsinin xarici işlər nazirlərinin görüşü sentyabrın 14-də Omanda keçirilməli idi. Sentyabrın 11-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai Tehranın görüşdə iştirakını təsdiqləyib. Onun sözlərinə görə, görüşdə regional məsələlərlə yanaşı, Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükəsiz marşrutların müəyyən edilməsi məqsədilə İran-Oman danışıqlarının nəticələri də müzakirə olunacaq.

Axios jurnalisti Barak Ravidin məlumatına görə, Ər-Riyad Tehran və Məsqət arasında Hörmüz boğazı ilə bağlı razılaşma ilə bağlı təkliflərini dəyişdirib: "Körfəz rəsmisi mənə dedi ki, Səudiyyə Ərəbistanı Hörmüz boğazı ilə bağlı Oman-İran razılaşmasına dəyişikliklər təklif edib, çünki təqdim olunan sənədin boğazda yeni bir status-kvonun yaranmasından qorxurdu. Bu, Səudiyyə Ərəbistanı və ya digər Körfəz Əməkdaşlıq Şurası dövlətləri üçün qəbuledilməzdir".

KƏŞ-ə (Körfəz Əməkdaşlıq Şurası) Səudiyyə Ərəbistanı, Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Qətər və Bəhreyn daxildir.

Bu arada, Omanın xarici işlər naziri Bədr əl-Busaidi də İran və Oman arasında Hörmüz boğazında gəmiçiliklə bağlı razılaşmaların elan ediləcəyi Körfəz dövlətlərinin nümayəndələri ilə bazar ertəsi günü planlaşdırılan görüşün təxirə salındığını açıqlayıb: "Razılığa gəlmək naminə, Salalada keçiriləcək regional görüş təxirə salınıb. Bölgəmizdə sabitliyi və güclü əməkdaşlığı təşviq edən dialoqun təşviqinə sadiq qalırıq".

Bazar günü İranın xarici işlər naziri Abbas Araqçi bu gün keçirilməsi planlaşdırılan görüşdə Körfəz Ərəb dövlətlərini Tehran-Məsqət razılaşması barədə məlumatlandırmaq planlarını açıqlayıb. Lakin o, razılaşmanın "heç bir şəkildə" boğazın tam açılmasını ifadə etmədiyini deyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR