İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla münaqişə yaxın aylarda yeni mərhələyə keçəcək – Vens

Vaşinqton və Tehran arasındakı münaqişə yaxın aylarda yeni bir mərhələyə qədəm qoyacaq.

Musavat.com xəbər verir ki, bunu ABŞ vitse-prezidenti C.D.Vens "The New York Post" qəzetinə verdiyi müsahibədə deyib:

"Gələcəyi proqnozlaşdıra bilmərik, amma düşünürəm ki, prezident bir neçə aydan sonra vəziyyətin tamamilə fərqli bir mərhələyə qədəm qoyacağını deməkdə haqlıdır".

O, münaqişənin iki mərhələsinin olduğunu və "birincisinin bitdiyini" qeyd edib: "Birinci mərhələ İranın nüvə proqramını, ənənəvi ordusunu və güc nümayiş etdirmək qabiliyyətini mümkün qədər məhv etmək idi".

Vitse-prezidentin sözlərinə görə, ikinci mərhələnin mahiyyəti "mümkün qədər çox qlobal sabitliyi qorumaq" və İranın yenidən güclənməsinin qarşısını almaqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR