Onlayn ictimai-siyasi qəzet
İraq hakimiyyəti ABŞ administrasiyası ilə İrana uçuşları qismən bərpa etmək üçün danışıqlar aparır.
Musavat.com xəbər verir ki, məlumatı “Al-Hadath” telekanalı mənbələrə istinadən yayıb. Telekanalın mənbələrinə görə, İraq hakimiyyəti ABŞ-dan milli aviaşirkət olan İraq Hava Yollarına istisna olaraq İrana uçuşları məhdudlaşdırmamağa icazə verməsini istəyib. Bağdad kompromis olaraq İrandan bütün uçuşları yalnız bir hava limanında - Nəcəfdə qəbul etməyi təklif edib.
İraq rəsmiləri hələlik telekanalın məlumatı ilə bağlı şərh verməyiblər.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ