Onlayn ictimai-siyasi qəzet
Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna nümayəndə heyətləri “hərbi blok” üzrə ciddi irəliləyiş əldə ediblər. Musavat.com xəbər verir ki, bu barədə Ukrayna mediası mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər danışıqlar çərçivəsində bir sıra əsas məsələləri müzakirə ediblər. Xüsusilə qoşunların mümkün ayrılması, atəşkəsin monitorinq mexanizmləri, rejiminə nəzarət və koordinasiya mərkəzinin yaradılması, eləcə də nəyin atəşkəs, nəyin isə onun pozulması hesab olunacağı ilə bağlı anlayışların dəqiqləşdirilməsi gündəmdə olub.
Ukrayna Prezident Ofisinin müşaviri Sergey Leşçenko bildirib ki, mövcud proses həlledici mərhələyə daxil olur.
“Danışıqlar prosesi artıq finiş xəttinə çıxır”, – deyə Leşçenko vurğulayıb.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ