Onlayn ictimai-siyasi qəzet
Ermənistanda alternativ neft məhsulları tədarükünün, o cümlədən Azərbaycandan gətirilən benzinin yanacağın qiymətinin daha kəskin artmasının qarşısını aldığı açıqlanıb.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan hökumətdə bildirib.
Nazirin sözlərinə görə, Ermənistana alternativ neft məhsulları tədarükü, xüsusilə Azərbaycan benzini olmasaydı, ölkənin yanacaq bazarında qiymətlər faizlərlə deyil, dəfələrlə artardı və ya ən azı bir neçə yüz dram bahalaşardı.
Papoyan bildirib ki, Ermənistan dünyanın qalan hissəsindən təcrid olunmuş vəziyyətdə ola bilməz.
Onun sözlərinə görə, dünya bazarında neftin qiyməti yeni rekord həddə çatırsa, bu, qaçılmaz olaraq yanacağın maya dəyərinə təsir göstərir.
Nazirin açıqlamasına əsasən, alternativ tədarük mənbələrinin, o cümlədən Azərbaycandan benzin tədarükünün mövcudluğu Ermənistan bazarında qiymət artımının daha böyük miqyas almasının qarşısını alır.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ