İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Zəngəzur “həmləsi” - Nə BAŞ verir?

Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan iddia edib ki, guya Azərbaycan qoşunları Sünikdə (Qərbi Zəngəzur) meşələri qırır və onların təbiət qoruğunda postları var. O qeyd edib ki, baş nazir, departament rəhbəri və şəxsən özü dəfələrlə bu məsələni delimitasiya yolu ilə həll etmək üçün çalışıb. Asryan Azərbaycan qoşunlarının Nerkin And kəndi və Zəngəzur Təbiət Qoruğu yaxınlığında yerləşdiyini iddia edib. Onun sözlərinə görə, Azərbaycan guya təbiət qoruğunda ağacları kəsir, mövqelərini müəyyən edir və infrastruktur qurur, Ermənistan tərəfi isə bu hərəkətləri sənədləşdirir və "müvafiq siyasi kanallar vasitəsilə" məlumat verir.

“Əgər bu anklavlar Ermənistan Respublikasının 29.743 kvadrat kilometrlik ərazisinin bir hissəsidirsə, bir millimetr də olsun torpaq təslim edilməyəcək”, - deyə Edvard Asryan deyib. O, qeyd edib ki, sovet dövründə cənubdan şimala təxminən 18 yeri əhatə edən bu ərazilərdə tarixən həm ermənilər, həm də azərbaycanlılar məskunlaşıb. Baş Qərargah rəisi əlavə edib ki, Baş Qərargah sərəncamında olan dəqiq xəritələrə əsaslanır. Ermənistan seçkilərdən dərhal sonra niyə belə iddialar irəli sürür? Bu nəyin anonsudur? 

Kremlin şübhəsi belədir: Sülh sazişi imzalanacaq, Zəngəzur dəhlizi açılacaq  - MÜSAHİBƏ

ƏHD partiyasının baş katibi Niyaməddin Orduxanlı Musavat.com-a deyib ki, Paşinyanın seçkilərdə qələbəsindən sonra müəyyən qüvvələr yenə də Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə başlayıb. Onun sözlərinə görə, bu qüvvələr sülhün baş tutmamasına çalışır. “Paşinyan zaman-zaman bildirib ki, orduda təxribatçılar var. Baş Qərargah rəisi də məhz belə bir təxribat xarakterli açıqlama verib. Utanmadan bəyan edir ki, Azərbaycan təbiət qoruğunda ağac kəsir. Deyəsən, unudub ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın 20 faiz torpaqlarını işğal edən Ermənistan, 30 ildən artıq bu torpaqlarda nəinki ağacları məhv edib, böyük bir vandalizm aktı, soyqırım, bəşəri cinayətlər törədiblər. 1 milyon insanı evindən didərgin salıblar, 30 000 insanı, uşağı, körpəni, qocanı, gəncin həyatını əllərindən alıb. Yüzlərlə, kənd, qəsəbə, şəhərləri viran qoyublar. Bütün bunları nə tez unutdular?!”,_ deyə partiya rəsmisi vurğulayıb.

Niyaməddin Orduxanlının qohumu polislərə silah çəkdi — ÖZƏL

O, xatırladıb ki, Azərbaycanla Ermənistan arasında bütün sərhəd boyu delimitasiya və demarkasiya işləri həyata keçiriləcək: “Bununla bağlı hər iki tərəfin rəsmi şəxsləri arasında dəfələrlə Azərbaycanda və Ermənistanda görüşlər keçirib. Həmçinin də Paşinyanın seçki təbliğatı zamanı əlində məhz Ermənistanın 29.743 kvadrat kilometr olan xəritəsini gəzdirirdi və görüşə gələnlərə verirdi. Yəni bu xəritədən kənar çıxmayacağıq. Digər tərəfdən, hər iki tərəfdə sovet dövrünə aid xəritələr var. Sərhəd nişanlaması və ərazilərin tam təyin olunması yekunlaşmayıb və belə olduğu halda Baş Qərargah rəisi Azərbaycanı ittiham edə bilməz. Sadəcə, bu bəyanatlar daxili auditoriyaya hesablanıb. Azərbaycan Ermənistanın 29.743 kv km ərazini qəbul edəcək və 1 sm belə torpağımızı güzəştə getməyəcəyik. Çünki torpaqlarımızın sərhədlərini çox yaxşı bilirik”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR