İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevə hücum: ölən və yaralananlar var

Ukraynanın paytaxtı Kiyevə Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Şəhərin bir neçə rayonunda pilotsuz uçuş aparatlarının qalıqlarının düşdüyü qeydə alınıb.

Musavat.com xəbər verir ki, Kiyevin Svyatoşin rayonunda hücum nəticəsində 5 avtomobil və qaraj kooperativinin ərazisində yerləşən qeyri-yaşayış binası yanıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Həmçinin Solomenski və Qoloseyevski rayonlarında PUA qalıqlarının düşdüyü ərazilər müəyyənləşdirilib.

Kiyev meri Vitali Kliçko bildirib ki, sentyabrın 15-də səhər saatlarından etibarən şəhərə endirilən zərbələr nəticəsində ümumilikdə 1 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.

Onun sözlərinə görə, yaralılardan 6-sı şəhər xəstəxanalarında stasionar müalicəyə yerləşdirilib. Digər şəxslərə isə tibbi yardım ambulator şəraitdə və hadisə yerində göstərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR