Onlayn ictimai-siyasi qəzet
Xarkov vilayətinin İzyum şəhərinə Rusiya tərəfindən endirilən zərbələr nəticəsində xəsarət alanların sayı 11-ə yüksəlib.
Yaralananlardan 8 nəfəri müxtəlif dərəcəli xəsarətlər alıb, daha 3 nəfərdə kəskin stress reaksiyası qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib. Onun sözlərinə görə, yaralılardan 3-ü xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir. Hazırda həkimlər xəsarət alanlara tibbi yardım göstərirlər.
Digər şəxslərə isə tibbi yardım hadisə yerində göstərilib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti İzyumda Rusiya ordusunun idarəolunan aviasiya bombalarından istifadə etməsi nəticəsində 10 nəfərin yaralandığını açıqlamışdı.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ