İnsanlara hürriyət, millətlərə istiqlal!

İrlandiyada qeydə alınan qəribə görüntü - VİDEO

Musavat.com xəbər verir ki, İrlandiyada baş verən şiddətli fırtına ölkənin qərb sahillərində qeyri-adi mənzərə yaradıb.

Güclü külək və dalğaların təsirindən dənizin üzərində yaranan qalın köpük sahilə sürüklənərək yaşayış məntəqələrinə daxil olub. Hadisə yerindən yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub.

Bu cür köpüklər adətən dalğaların çirk, yosun və üzvi maddələri çalxalaması nəticəsində yaranır. Güclü külək təsir edəndə isə köpük iri kütlə halında quruya doğru hərəkət edə bilir.

Hazırda bölgədə fırtına xəbərdarlığı qüvvədədir. Rəsmilər sakinləri ehtiyatlı olmağa çağırır.  

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR