İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton və Pxenyan arasında yeni təmaslar: Seul danışıqlarda əsas rol almaq istəyir

Cənubi Koreya ABŞ Prezidenti Donald Trampın Şimali Koreya ilə danışıqları bərpa etmək cəhdlərini dəstəklədiyini, lakin KXDR-in tam nüvəsizləşdirilməsi şərtinin saxlanılmalı olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, Seul ABŞ və KXDR arasında mümkün dialoq prosesində kənarda qalmaq istəmir və danışıqlarda aparıcı, açar rol oynamaq niyyətindədir.

Seul həmçinin Vaşinqtonla investisiyalar, kəşfiyyat məlumatlarının mübadiləsi və müharibə şəraitində qoşunların operativ idarə edilməsi sahələrində sıx əməkdaşlığı davam etdirməyi planlaşdırır.

Bundan əlavə, Şimali Koreyadan gələn nüvə və raket təhdidlərinə qarşı yüksək döyüş hazırlığını saxlamaq məqsədilə Cənubi Koreya, ABŞ və Yaponiya üçtərəfli birgə hərbi təlimlərin keçirilməsini davam etdirəcəklərini vurğulayıblar.  

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR