İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN rəhbərindən tarixi xatırlatma: "Klintonun komandası "alınmaz" dedi"

Rusiya Xarici İşlər naziri Sergey Lavrov "RBC" telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin vaxtilə ABŞ-ın sabiq dövlət başçısı Bill Klintona Rusiyanın NATO-ya daxil olması barədə etdiyi təklifin pərdəarxası məqamlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, Rusiya diplomatiyasının rəhbəri ABŞ tərəfinin bu təşəbbüsə reaksiyasını məişət dili ilə təsvir edib.

"Bu yaxınlarda V.V.Putin ilk görüşdə B.Klintona necə təklif etdiyini xatırladı – əgər biz artıq düşmən deyiliksə, Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatı yoxdursa, ideoloji fikir ayrılıqları qalmayıbsa və onlar bu şəraitdə NATO-nu bağlamaq istəmirlərsə, bizi aliansa qəbul etsinlər və əməkdaşlıq edək.

B.Klinton duruxdu. Bu, "G20" sammitində baş vermişdi. Axşam ziyafətdə B.Klinton cavab verdi ki, onun komandası bunun alınmayacağını bildirib", – deyə Sergey Lavrov vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR